30 İyun 2020 12:33
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbəssüm Məmmədova bizdən əvvəl bir neçə xəstəxanaya müraciət etsə də, onu qəbul etməmişdilər.

Teleqraf.con xəbər verir ki, bunu “Bona Dea” Beynəlxalq Hospitalın invaziv radioloqu, invaziv onkoloqu Nijat Alışov 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələyə həsr olunmuş mətbuat konfransında deyib:

"Xəstəyə heç bir xəstəxanada biopsiya edilməsə də, mən bunu etdim və qanaxma dayandı. Halbuki o, ölümcül qanaxma ilə xəstəxanaya daxil olmuşdu, mən evdən təcili gələrək komandamı yığdım. Müdaxilə edərək onu xilas elədim. Hər bir əməliyyatın və müalicələrin ölüm riski olduğu üçün ailə üzvlərinə müvafiq məlumat verildi" .

Həkim bildirib ki, heç bir ölkədə xəstə yaxını müalicə məbləğinə etiraz etmir: "Atası onu 15 ildir görmədiyini dedi. Heç bir həkim istəməz ki, xəstəsi vəfat etsin. Mənim işim diaqnoz qoymaq və xəstənin ömrünü uzatmaqdır.

Belə əməliyyatlar həyatı xilas edir. Heç bir xəstənin və onun yaxınlarının əməyimizi kölgələmək haqqı yoxdur. Mən toplumumuzun linç psixologiyasından məyus oldum. Belə fikirlər həkimlərimizin ölkəni tərk etməsinə səbəb olacaq. Məsələ ilə bağlı bütün hüquqi yola baş vurulacaq" .


Müəllif: Aysel Azad

Oxşar xəbərlər