Təcili yardımın üzərinə düşən yükün azaldılması üçün COVID-19 xəstələrinin evdə müşahidəsi və yüngül əlamətləri olan xəstələrin müalicəsinə başlanıb.
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Şəhər poliklinikaları üzrə 39 məntəqə yaradılıb ki, onlara müraciətlərin sayı 700-800 arasında dəyişir. Bu müraciətlər əvvəl təcili yardıma edilirdi. Xəstələrin poliklinkalara müraciət etməsi nəticəsində təcili yardımda gecikmələrlə üzləşməyəcəyik".
Prezidentin köməkçisi Hikmət Hacıyev əlavə edib ki, təcili yardımda müraciətlərə nəzarət var: "Müraciətlərin azalması cavab intervalının qısaldılmasına səbəb olur. Xüsusi karantin dövründə müəyyən nasazlıqların olması qaçılmazdır. Biz çalışırıq ki, ən kiçik nöqsanlar olduğu təqdirdə belə onlar aradan qaldırılsın".