Son iki həftə ərzində ev şəraitində müalicə alan 10 min 202 xəstə var.
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Onların arasında simptomsuz, simptomlu, təmasda olan uşaqlar da var. Bu səhiyyə sisteminin yükünün azalmasına kömək edir. Xəstələrin evdə müalicəsinə regionlarda ehtiyac yoxdur. Ehtiyac olduğu təqdirdə bununla da bağlı məlumat veriləcək".