11 İyul 2020 10:14
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə həkimlərin koronavirusa yoluxması halları həddindən artıq çox deyil.

Bunu Teleqraf.com-a açıqlamasında TƏBİB-in xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bütün dünyada koronaviruslu xəstələrlə işləyən həkimlər arasında yoluxma halları var:

"Sosial şəbəkələrdə həkimlərin virusa yoluxması haqqında danışılması normaldır. Çünki hər bir həkim bizim üçün əzizdir, dəyərlidir. Sosial şəbəkələrdə onlara olan dəstək çox gözəldir. Buna görə vətəndaşlarımıza təşəkkür edirəm".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər