24 İyul 2020 10:18
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından bir il ötür.

Teleqraf.com xəbər verir ki, pilotu anmaq üçün ailəsi və yaxınları İkinci Fəxri Xiyabanda onun qəbrini ziyarətə gəliblər.

Rəşad Atakişiyevin anası bu dərdin ağır olmasına baxmayaraq qürur hissi keçirdiyini deyib: "Oğlum da deyirdi, mən Vətənə xidmət etmək, torpağımı sevdiyim üçün bu sənəti seçmişəm. Allahın qismətidir. O, balaları, ailəsi ilə nəfəs alırdı. Dünya boyda sinəmdə dağ gəzdirirəm.

Nə deyə bilirəm, sən belə etibarsız oğlan olmazdın, həmişə rayondan gələndə qarşıma sən çıxardın, ay oğul. Mən Azərbaycanın bayrağında Rəşadı görürəm. Peşəsini o qədər çox sevirdi ki... Peşəsinə çox bağlıydı".

Foto: Ceyhun Rəhimov


Müəllif: Aysel Azad

Oxşar xəbərlər