Araşdırmalar göstərir ki, 14 iyunda orduya dəstək aksiyası epidemioloji və koronavirusa yoluxma hallarına təsir göstərdi. Bizim məqsədimiz odur ki, avqust ayında koronavirus zəncirini qırıb kütləvi yoluxma hallarının qarşısını alaq.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bugünkü rəqəmlər də sevindirici deyil. Həmin kütləvi tədbirlərin baş verməsi bu rəqəmlərə təsir göstərir. Buna görə də qarşıdakı dövrlərdə belə tədbirlərdən qaçınılması və karantin qaydalarına riayət edilməsi vacibdir".