Cari ilin ötən 9 ayında Ağsuda 390 yeni iş yeri açılıb. Rayon statistika idarəsindən Teleqraf.com-a verilən məlumata görə, yeni iş yerlərinin 24-ü bu il fəaliyyətə başlayan müəssisələrin payına düşür.
Belə ki, 10 iş yeri “Təbii Bitki İstehsalı” MMC-də, 14 iş yeri isə “Allprent” MMC-də açılıb. Yeni açılan iş yerlərinin 300-ü fiziki şəxslərin, 66-sı isə mövsümü işlərin hesabınadır.