19 Avqust 2020 13:42
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımızın təxliyəsini davam etdirir.

Teleqraf.com xəbər verir ki, növbəti təxliyə avqustun 19-da həyata keçirilib. Təxliyə olunanlar arasında 119 Azərbaycan vətəndaşı, o cümlədən Azərbaycan vətəndaşları ilə nikahda, Azərbaycanda daimi və ya müvəqqəti yaşamaq hüququ olan digər ölkə vətəndaşları var.

Həmin şəxslər avqustun 18-də Tbilisidəki laboratoriyaların birində koronavirusla bağlı testdən keçiriliblər və onların heç birində virus aşkarlanmayıb.

Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı alandan sonra onlar üçün ayrılmış avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıblar.

Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulu Ramel Lətifov AZƏRTAC-a bildirib ki, pandemiya ilə əlaqədar olaraq sərhədlərin bağlanmasından sonra Gürcüstandan 2060 nəfər təxliyə edilib.

Bundan başqa, səfirlik tərəfindən 398 vətəndaşımızın Gürcüstan ərazisi ilə tranzit keçidi təmin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər