Avqustun 23-ü səhər saatlarından başlayaraq Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, səhər saatlarına olan məlumata görə, qar dəniz səviyyəsindən 2 min 500 metr yüksəklikdəki ərazilərə yağıb. Qarın yağması ilə əlaqədar temperatur 2-3 dərəcəyədək aşağı düşüb. Bu göstərici avqust ayı üçün xarakterik deyil.
Kənd sakinləri bildirib ki, əvvəlcə sulu qar, səhər saatlarından başlayaraq qar yağmağa başlayıb. Artıq qarın hündürlüyü 2-3 santimetr təşkil edir. Avqust ayında kəndə qar yağması nadir rast gəlinən təbiət hadisəsidir. Təsərrüfatçılar hələ ki, biçənək sahələrindəki otu həyətlərinə gətirməyib.
Hazırda dağlıq ərazilərdə sulu qar və qar yağması davam edir.