Orta məktəblərdə çalışan müəllimlərin 38 faizi 50 yaşdan yuxarıdır.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Bu müəllimlərin dərs yükünün azaldılması düşünülmür. Bu səbəblə əvəzlənmə yaxud əmək haqlarında heç bir dəyişiklik olmayacaq. 60 yaşından yuxarı 12 faiz müəllim var ki, onların əvəz edilməsi nəzərdə tutulub".
Nazir qeyd edib ki, orta məktəblərin açılması ilə bağlı erkən qərar vermək düzgün deyil: "Düşünmürəm ki, qəbul edəcəyimiz qərarlar dünyada qəbul olunan qərarlardan fərqlənəcək.
Bəzi ölkələr metodiki göstərişləri əvvəlcədən elan etsələr də, sonradan təhsilin başlanması tarixində dəyişikliklər edilib. Artıq cəmiyyətdə maskaların taxılması, hərarətin ölçülməsi ilə bağlı bir vərdiş formalaşıb".