31 Avqust 2020 09:53
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 31-də ingilis dili müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir.

Təhsil Nazirliyindən Teleqraf.com-a bildirilib ki, imtahanlarda 1 691 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!


Müəllif: Teleqraf.com