Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində bəyan edilməmiş qızıl-zinət əşyalarını keçirməyə çalışan Gürcüstan vətəndaşı saxlanılıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bildirib.
Qeyd olunub ki, həmin şəxsdən 59,72 qram həcmində qızıl məmulatları müsadirə edilib.
O, 2,4 min dollardan çox məbləğdə cərimə olunub.