1 Sentyabr 2020 15:52
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə şəkli yayılan Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə töhmət verilib.

Bu barədə Tekeqraf.com-un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Müəllimlərin etik davranış Qaydaları"nı pozduğuna görə Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyi məlumat yayaraq həmin şəxs “BakuBus” MMC-də işləmir. O, bunu paylaşım xatirinə etdiyini bildirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər