Saytlardan biri fotomu paylaşaraq, "Kefim kökdü, kefimi pozmuram" yazıb. O sayt iki gün ərzində mənim dediyim həmin sözlərin səs yazısını mediada yayımlamasa, onları tapıb cəzalandıracam.
Axar.az xəbər verir ki, bunu bu gün azadlığa çıxan sabiq deputat, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev mətbuata açıqlamasında deyib.
" Deyilməyən sözə görə, insanı cəmiyyət qarşısında alçaltmaq, nüfuzdan salmaq şərəfsizlikdir. Şərəfsizlik isə cəzalandırılmalıdır", - İ.Əliyev bildirib.
Xatırladaq ki, İ.Əliyev və R.Mustafayev İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə təqsirləndirilib və 15 sutka inzibati həbs edilmişdi.
Eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi.