Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin ingilis dilli “SAM Review” nəşrinin növbətisayı çapdan çıxıb. SAM-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin elmi işçisi Mahir Hümbətov, qonaq elmi işçi Nivedita Das Kundu və İstanbul Kommersiya Universitetinin iqtisadiyyat üzrə professoru Murat Yülekin müəllifləri olduğu nəşr “Bakı-Tiflis-Qars Dəmiryolu – İpək Yolu üçün Dəmir Əsas” mövzusuna həsr olunub.
Nəşrdə Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryolu tarixinin qısa keçmişi, Türkiyə, Gürcüstan və Azərbaycanda dəmir yollarının infrastrukturu və istifadəsi, infrastrukturun sıxlığı, dəmir yolu yükdaşınmasındatrendlər, dəmiryolu sərnişindaşımasında trendlər, Asiya-Avropa NəqliyyatDəhlizi, Asiya-Avropa ticarəti və nəqliyyatı, Asiya və Avropa arasındakı dəmiryolu xətlərininyenidən canlanması,Asiya-Avropa Nəqliyyat Dəhlizi üzərinə yönəldilmiş əsas təşəbbüslər,Avropa-Rusiyaəsaslı təşəbbüslər, BMT əsaslı təşəbbüslər, Bakı-Tiflis-Qarsdəmiryolu layihəsi, regional və qlobal əməkdaşlıq, yeni regionşünaslıq və şəbəkə diplomatiyası, geostrateji əhəmiyyət, regional iqtisadi əməkdaşlıq, regionda digər müştərək layihələr və sair mövzulardaməqalələr toplanıb.
“SAM Review”-in bu sayında Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizləri ümumi səviyyədə nəzərdən keçirilir və qiymətləndirilir. Bundan başqa, Bakı-Tiflis-Qars dəmiryolulayihəsi 3 müttəfiq ölkənin perspektivləri əsasında dəyərləndirilir: Azərbaycan, Gürcüstan vəTürkiyə. Bu yolun regional inkişafı gücləndirəcəyi və bu 3 ev sahibi ölkənin qlobal şəkildəinkişaf edən dəhlizlərin bir hissəsi olma ümidlərini doğruldacağı sübut olunub.
Həmçinin göstərilir ki, Bakı-Tiflis-Qarsdəmiryolu İpək yolunun canlanmasında da əsas rol oynayacaq.BTQ nəqliyyat dəhlizinin neft iqtisadiyyatı və neft ticarəti olmayan ölkələrdə ipək yolunun tarixi vəziyyətinin dirçəldilməsinə təkan verəcəyi də nəzərdən keçirilib. 2025-ci ilə qədər bu regionun bölgədəki ölkələrin davamlı inkişafı üçün bir maliyyə mərkəzi də ola biləcəyi ehtimalı diqqətə çatdırılıb.
Səxavət