15 Sentyabr 2020 15:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyinin həyata keçirdiyi “Elektron xidmətlərlə bağlı əhalinin maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti teledebat keçirilib.

Teledebatın qonaqları “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və “Güzaran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimlidir.

Teledebatın aparıcısı layihənin rəhbəri, Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyinin sədri Ruslan Xəlilovdur.

R.Xəlilov öncə layihə barədə məlumat verib. O bildirib ki, “Elektron xidmətlərlə bağlı əhalinin maarifləndirilməsi” layihəsi 3 ay davam edəcək. Layihə çərçivəsində sosial şəbəkələrdə müvafiq səhifələr yaradılıb, elektron xidmətlərlə bağlı paylaşımlar edilir, həmçinin elektron portallarda elektron xidmətlərlə bağlı yazılar hazırlanaraq dərc olunur.

Daha sonra verilişin qonaqları elektron xidmətlərin üstünlükləri, əhəmiyyəti, problemlər barədə fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər