Gürcüstandan daha 250 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir.
Teleqraf.com xəbər verir ki, onların 153-ü Gürcüstan, 93-ü Azərbaycan, 4-ü isə Rusiya vətəndaşıdır.
Həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.
Təxliyə olunanların 48 saat etibarlı olan COVID-19 arayışı ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçmələri təmin olunacaq.
Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstandan və ölkədən tranzit keçməklə Azərbaycana 3 minə yaxın şəxsin təxliyəsi təmin edilib./Report