25 Sentyabr 2020 11:04
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib.

Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə yarışa cəlb edilən ştatdankənar kimya manqalarının şəxsi heyətinə təhlükəsizlik qaydaları çatdırılıb, dünyanın qabaqcıl istehsalçılarının və ölkəmizin milli müdafiə sənayesinin istehsalı olan yüngül mühafizə vasitələri nümayiş etdirilib.

Yarış ştatdankənar kimya manqalarının şəxsi heyətinin taktiki-xüsusi və kütləvi qırğın silahlarından qorunma hazırlığı üzrə nəzəri biliklərinin və praktiki bacarıqlarının yoxlanılması məqsədilə keçirilib. Yarışda kütləvi qırğın silahlarından mühafizə üzrə normativlər yerinə yetirilib və nəzəri biliklərdən məqbullar götürülüb.

Sonda qaliblər mükafatlandırılıblar.


Müəllif: Teleqraf.com