28 Sentyabr 2020 12:25
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib:

"Səfərbərlik haqqında plana uyğun olaraq bu istiqamətdə tədbirlər həyata keçiriləcək. Eyni zamanda ehtiyatda olan hərbi qulluqçuların döyüşə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək".

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar hücumu davam etməkdədir: "Ermənistan döyüş meydanında qorxaqcasına mülki insanları hədəfə alır. Bu gün səhər saatlarından Tərtər rayonunu atəşə tutublar. Bunun nəticəsində xalça toxuculuq zavoduna zərər dəyib.

Azərbaycan düşmənin cavabını verməkdədir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər