1 Oktyabr 2020 01:53
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com günün qoroskopunu təqdim edir.

Qoç - yaranan situasiyanın məzmununu və mahiyyətini dərk etməyə çalışın. Sizinlə eyni obyektə iddialı olan insanların gizlətməyə can atdıqları motivasiyaları çözün.

Buğa - enerjinin yığıldığı, amma onun nəzarətdə saxlamağın çətinləşdiyi qəzalı, riskli zamandır. Rabitə və kommunikasiya vasitəsi ilə problemlər yarana bilər.

Əkizlər - düşünülməmiş açıqlamalar və tələsik qərarlar anlaşmaların pozulmasına səbəb olmasın. Hadisələrin yeni strateji inkişaf planını aqressiv şəkildə təsdiqləməyə cəhd göstərməyin.

Xərçəng - təkbaşına, müstəqil şəkildə çalışın. Görmək istədiyiniz işi seçin. Qonaq gedərkən orada çox vaxt keçirməyin. Günün ikinci yarısında maliyyə işlərində diqqətli olun.

Şir - emosional fonu uğursuz olacaq gündür. Təmasları azaldın, ünsiyyəti məhdudlaşdırın, telefonu söndürün, məlumatlara və kənar təsirlərə qapalı olun.

Qız - günün mürəkkəb energetikasından yararlanmağa çalışan adam hadisələrin axarını özü üçün optimal məcraya çevirməyə çalışacaq. Həmin adamın mənhus məqsədlərə çatmasına imkan verməyin. Rəqibin səhvindən yararlanın.

Tərəzi - yaxın ətrafınızdakı insanlara verdiyiniz vədləri günün ikinci yarısında reallaşdırmağa çalışın. İşlə bağlı münaqişələrin şəxsi münasibətlərə sirayət etməsinə imkan verməyin. Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın.

Əqrəb - təmayüllər sizin üçün müsbətdir. Lakin gərginlik, həddən ziyadə olan imkanların artması hiss oluna bilər. Yaranan problemləri sürətlə həll etməyə çalışın.

Oxatan - yaxın ətrafınızdakı insanlardan biri və ya yaxın dostunuzla olan münasibətlərin sınaq dövrüdür. Ünsiyyətlər son günlərin hadisələrinin təsiri altında transformasiyaya uğrayır.

Oğlaq - mühüm xəbərlər alacaqsınız. Sizi narahat edən məsələnin cavabı günün ikinci yarısında tapılacaq. Axşam saatlarında səhhətinizə fikir verin.

Dolça - ümumi maraqlar və problemlər sizi birləşdirə bilər. Ola bilsin ki, başqa işlər görmək lazımdır. Çətinliklər isə fəaliyyət və əməkdaşlığın yeni variantlarına çıxışı sürətləndirəcək.

Balıqlar - işgüzar tərəfdaş və ya həmkarlarla münasibətlərdə emosiyalar alovlana bilər. Hisslərin gərginləşməsinin əlaqələrin kəsilməsinə səbəb olması yolverilməzdir.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər