2 Oktyabr 2020 19:12
2 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi region sakinlərinə pulsuz hüquqi yardım göstərilməsini davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan layihə oktyabrın sonunadək davam etdiriləcək.

Bu barədə məlumat verən təşkilatın rəhbəri Xalid Kazımov deyir ki, “Regionlarda əhalinin sosial cəhətdən həssas qruplarına hüquqi yardım göstərilməsi” layihəsinin icrasına bu ilin iyulunda başlanılıb: "Təşkilat respublikamızda COVİD-19 pandemiyasının başladığı bu ilin martından əhaliyə onlayn hüquqi yardım göstərməyə başlayıb. Əhaliyə həm təşkilatın Bərdə rayonundakı ofisində, həmçinin ehtiyacı olanların hüquqi yardıma asan çıxışı üçün yaradılan imkanlardan istifadə edilərək hüquqi yardım göstərilməsinə başlanılıb. Bununla təşkilat respublikamızda koronavirusla mübarizə istiqamətində görülən işlərə öz dəstəyini verib. Təşkilat “facebook”, “instagram” səhifəsi vasitəsi, “WhatsApp” və “Qaynar xətt” nömrəsinə müraciət edən vətəndaşlara hüquqi yardım göstərib. Həmçinin, imkansız və gündəlik ərzaqa ehtiyacı olan tənha və azyaşlı uşaqları olan 6 ailəyə ərzaq yardımı edilməsi üçün köməklik göstərilib. Həmiçinin, indiyədək koronavirus pandemiyasından zərər çəkən 81 vətəndaş pulsuz onlayn hüquqi yardım alıb. Bundan başqa təşkilatın Bərdə rayonundakı ofisi, internet səhifəsi, “facebook”, “instagram” səhifəsi vasitəsi, “WhatsApp” və “Qaynar xətt” (0702902299) nömrəsinə müraciət edən 94 vətəndaşa hüquqi yardım göstərilib. Həmin şəxslərin hüquqlarının qorunması üçün tələb olunan ərizə, şikayət və müraciətləri layihənin hüquqşünası və işçi heyəti tərəfindən hazırlanaraq vətəndaşlara çatdırılıb. Hazırlanan sənədlər birbaşa, e-mail, bu mümkün olmadıqda isə poçt vasitəsilə (Maddi imkansızlıq, azyaşlı uşağı olan analar, təqaüdçülər, fiziki qüsurlu şəxslər, xidmət ofisləri olmayan rayonlardan kənarda yaşayan və hüquqi yardıma ehtiyacı olan insanlar) vətəndaşlara çatdırılıb".
X.Kazımov qeyd edib ki, vətəndaşların hüquqlarının bərpası istiqamətində zərurət yarandıqda məhkəməyə də müraciət edilib: "Aztəminatlı və sosial cəhətdən həssas qruplardan olan şəxslərin məhkəmədə müdafiəsi (İddia ərizəsi, apelyasiya və kasasiya şikayətlərinin yazılması və ehtiyac olduqda müdafiəçi ilə təmin edilməsi) təşkil edilib. Ötən müddət ərzində 9 nəfərin pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmələrə müraciət edilib. 5 vətəndaşın iddiaları üzrə məhkəmə prosesi yekunlaşıb və həmin işlərin hər birində iddiaçının xeyrinə qərar verilib. Digər 4 iş üzrə məhkəmə prosesi davam etdirilir".

X.Kazımov qeyd edib ki, təşkilatın ofisində vətəndaşların bütün növ elektron müraciətlərinin aidiyyati qurumlara onlayn göndərilməsində onlara köməklik göstərilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər