Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç Türkiyə mediasında Azərbaycandan danışıb.
Teleqraf.com xəbər verir ki, Sərdar Ortaç Ermənistanın illərdir həyasızcasına Azərbaycan ərazilərini işğal etdiyini söyləyib.
“Dünya illərdir bu barədə susur. Azərbaycan Prezidenti İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bu işğala artıq yetər dedilər. Biz qardaş ölkə Azərbaycanın sonuna qədər yanındayıq. Çox çətin bir coğrafiyada yaşayırıq. Davamlı olaraq problemlər yaradan qonşularımız var. Yunanıstanı görürük, Şərqi Aralıq dənizində etdikləri göz qabağındadır. Daim gərginlik yaratmağa çalışırlar”, - deyə o vurğulayıb.