19 Oktyabr 2020 15:26
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb.

Bundan başqa, 341 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1846 yaşayış evi yarasız hala düşüb.


Müəllif: Hacı Zeynalov