24 Oktyabr 2020 16:40
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun erməni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları aparması və öz ərazi bütövlüyünü bərpa etməsi bir sıra ölkələrdə dəstəklənir.

Artıq əcnəbi jurnalist və ictimaiyyət nümayəndələri ilə yanaşı, siyasətçilər, deputatlar da birmənalı mövqe sərgiləyərək Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu deyirlər.

Belə deputatlardan biri Niderland Parlamentinin üzvü Tunahan Kuzudur.

Ermənilər niderlandlı deputatı Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün təhqir və təhdid etməyə başlayıblar. Niderland Parlamentində “Qarabağ Azərbaycanındır”, “Ermənistan ordusu Azərbaycanın işğal etdiyi torpaqları tərk etməlidir” kimi fikirlər səsləndirən deputat Tunahan Kuzuya qarş ermənilər tərəfindən kampaniya aparılır.



Teleqraf.com xəbər verir ki, bununla bağlı Azvision.az -a məlumat verən diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib ki, Tunahan Kuzu məhz “Qarabağ Azərbaycandır” ifadəsinə görə ciddi təhdidlərlə üz-üzə qalıb:

“Tunahan Kuzu öz feysbuk səhifəsində də Azərbaycanı müdafiə edir. Minlərlə niderlandlıya beynəlxalq hüquqdan çıxış edərək, Qarabağ həqiqətlərini çatdırır. Bu səbəbdən ermənipərəstlər və erməni lobbisi deputata sosial şəbəkələrdə təhqir və böhtanlar yağdırırlar. Onun ünvanına nalayiq sözlər yazırlar”.



Xatırladaq ki, Tunahan Kuzu bu yaxınlarda Niderland Parlamentində Azərbaycanın əleyhinə hazırlanan qanun layihəsinin qarşısının alınmasında fəal rol oynamışdı. O, faktlarla çıxış edərək qanun layihəsinin gerçəkləşməsinə imkan verməyib.

Onu da qeyd edək ki, ermənilər Azərbaycanın haqlı mövqeyini, reallığı dünyaya çatdıran şəxslərə qarşı terror və hədə dili ilə danışırlar. Bir neçə gün öncə fransız jurnalistlər də oxşar vəziyyətlə üzləşiblər. Fransanın “TF1” telekanalının jurnalistləri Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərindən reportaj hazırladıqlarına görə ölümlə hədələniblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər