Müxtəlif yaş qruplarından asılı olaraq bağçalar onlayn qaydada fəaliyyət göstərə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Hazırkı vəziyyətlə əlaqədər bağçalarda təhsilin ənənəvi qaydada fəaliyyəti gözlənilmir. Çünki bağçalarda onlayn təhsil mümkün deyil. Təbii olaraq könüllü olaraq bağçalar onlayn tədris həyata keçirə bilərlər".