Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Dövlət Bayrağı günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, təbrik səfirliyin rəsmi feysbuk hesabında paylaşılıb:
"Bir kərə yüksələn bayraq, bir daha enməz!" - Məhəmməd Əmin Rəsulzadə.
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik.
Bu münasibətlə, Azərbaycan bayrağının işğal altındakı torpaqlarda bir daha enməmək şərtilə yüksələcəyinə olan inamımızı qeyd edirik.
Yaşasın Azərbaycan, yaşasın əbədi qardaşlığımız!".