19 Noyabr 2020 12:41
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Edilən müraciətlərdən də görürük ki, yoluxma halları daha çox yas mərasimlərində olur.

Bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, Qələbədən sonra insanlar sevinclərini paylaşmaq üçün toplaşır. Eyni zamada, şəhidlərin dəfn mərasimləri keçirilir:

“Bu hallarda da insanlar arasında ara məsafə itir. Belə məkanlarda maskanın ya qətiyyən, ya da doğru istifadə olunmadığını müşahidə edirik. Təbii ki, belə yerlərdə virusun yayılma riski çox yüksəkdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər