COVID-19 virusu əleyhinə vaksinlərin alınması üçün həm ikitərəfli, həm çoxtərəfli danışıqlar aparır.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, Türkiyə 50 milyon doza "Sinovac" vaksini almaq üçün Çinlə müqavilə imzalayıb: "Vaksindən təcili istifadə halları Azərbaycan Respublikasının "Dərman vasitələrinin istifadəsi haqqında" qanununa əsasən aparılır.
Bunun üçün istehsalçı ölkələrdə qeydiyyatı və istifadəsini təsdiq edən sənədlər, eyni zamanda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin tövsiyələrini lazımdır.
Vaksinlərin saxlanılma şəraitini nəzərə alaraq, "soyuq zəncir" sistemini təkmilləşdirmək lazımdır".