16 Dekabr 2020 14:30
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sabiq deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə koronavirusdan sağalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pravda.az-a Ç.Qənizadə özü məlumat verib.

"Dekabrın 1-də test verərərkən nəticə pozitiv çıxdı. COVID-19 xəstəsi kimi qeydiyyata alınaraq dərhal evdə həkim nəzarətində müalicəyə başladım. Dekabrın 14-də təkrar test verərkən nəticə neqativ oldu. Bu xəstəliyə qalib gəldim. Artıq adım portaldan da silinib. İctimai siyasi fəaliyyətimə bu həftənin şənbə günündən başlayacam" - Ç.Qənizadə bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər