5 May 2014 09:53
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad və Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.


Müəllif: