Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ingilis dili fənni üzrə seminarın iş planı müzakirə olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, müzakirədə ayrı-ayrı təhsil müəssisələrinin müəllimləri, metodistlər, həmçinin internetlə videobağlantı əsasında TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri iştirak edib, fikirlərini diqqətə çatdırıblar.
Müzakirə “Dərslik portalı”nda canlı yayımlanıb.
Oktyabrın 27-də keçiriləcək seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə aparılacaq qəbul imtahanları üçün proqramların müzakirəsi və təsdiqi nəzərdə tutulur.