18 Yanvar 2021 17:38
246
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 748,9 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, bu da 2019-cu illə müqayisədə 140,5 faiz çoxdur.

Qeyd edək ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçıların xərclədiyi vəsaitin 1,9%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf edilib.


Müəllif: Teleqraf.com