19 Yanvar 18:26

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının növbəti təzahürü olaraq fəaliyyəti yüksək səviyyədə təşkil edilmiş Fövqəladə Hallar Nazirliyi Tibb Mərkəzinin Modul Tipli Hospitalında “COVID-19” infeksiyasına yoluxmuş xəstələrin müalicəsi davam etdirilir.

Ən müasir standartlara uyğun texniki vasitə və avadanlıqlarla təchiz olunmuş Modul Tipli Hospitalda infeksiya, habelə onun törətdiyi fəsadlarla gecə-gündüz mübarizə aparan yüksək ixtisaslı peşəkar heyət çalışır.

Tibbi və texniki heyətin artıq gündəlik həyat tərzinə çevrilmiş bu gərgin və fasiləsiz iş rejimi qısa olaraq hazırlanmış videomaterialda təqdim olunur.


Müəllif: Teleqraf.com