23 Yanvar 2021 15:25
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edilib.

Teleqraf.com-un məlumatına görə, polis mayoru Eldəniz Həsənov Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

E. Həsənov yeni işində uzun müddət bu vəzifəni icra etmiş və bu günlərdə sərəncama götürülmüş polis polkovnik-leytinantı Rəhim Zalovu əvəz edib.


Müəllif: Teleqraf.com