Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində 1 ədəd divan və 1 ədəd kondisioner yanıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, yüksək temperaturdan 1 ədəd soyuducu əriyib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.