Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun əməkdaşları Şamaxı rayonunun Quşçu kəndi ərazisində püskürən vulkanla bağlı müvafiq ölçmə işləri həyata keçiriblər.
Teleqraf.com xəbər verir ki, qoruğunun direktoru Ceyhun Paşayev bildirib ki, ərazidə bir neçə gün əvvəl seysmik aktivlik artığına görə, vulkan püskürməsi baş verib: “Ərazidə baş verən bu dəfəki vulkan püskürməsi nadir hal hesab olunur. Sərt süxurlar olduğu üçün fərqli-fərqli hündürlüklər qeydə alınıb. Vulkan üç hektar ərazini əhatə edib. Həcmi isə 27 min kub metrdir".
***
10:12
Şamaxıda Quşçu vulkanı püskürüb.
Bu barədə Teleqraf.com-a AMEA Geologiya və Geofizika İnstitutundan bildirilib.
Hazırda institut əməkdaşları vulkan püskürən əraziyə ezam olunublar.