Şəmkir rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.
İcra Hakimiyyətindən Teleqraf.com-un bölgə müxbirinə verilən məlumata əsasən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Möhsümov Babək Zaməddin oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.
1993-cü ildə anadan olan B.Möhsümov Gəncə Dövlət Universitetini bitirib, Aprel döyüşlərinin iştirakçısıdır.