Vətən müharibəsində iştirak edən Vəkillər Kollegiyasının üzvləri təltif olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkə hesabında yazıb.
O, qeyd edib ki, bu gün ordudan tərxis olunmuş 9 nəfər qəhrəman həmkarları ilə görüşüb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, onların hər biri Vəkilliyin Döş Nişanı ilə təltif olunub.