15 Fevral 2021 10:37
297
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsil sahəsində hər zaman ləng dəyişən məsələ təhsilin məzmunudur. Ən qədim “tədris planı”, yəni fənlər və onlara ayrılan saatlar 1960-cı ilin sonundan 2020-ci ilə qədər nəinki bizim ölkədə, eləcə də bütün dünyada bir o qədər də dəyişməyib”.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real Tv”yə müsahibəsində deyib.

Nazir bildirib ki, bütün bu dəyişikliklər kifayət qədər müqavimətlə üzləşir:

“İnsanlar özlərinin keçmişinə qayıdıb “biz məktəbdə oxuyanda belə idi” deyib gələcək nəsli də elə öyrətmək istəyir. Biz qəbul etməliyik ki, bütün sahələrdə baş verən dəyişikliklər kimi təhsilin məzmunu da dəyişməyə məruz qalacaq. Sadəcə zamanında və düzgün dəyişiklik edilməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər