16 Fevral 2021 17:00
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tullantıların idarə olunmasına birmənalı olaraq yerli icra hakimiyyəti orqanları nəzarət edir.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib:

"Ərazilərdə tullantıların toplanması, vaxtından daşınması, hətta konteynerlərin quraşdırılması ilə bağlı bizə şikayət edilir, bəzən tələblər irəli sürülür. Başa düşürük, problem var. Amma bununla bağlı yerli icra hakimiyyəti orqanlarına müraciət olunmalıdır.

Biz bu hallar kütləvi olduqda yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə qarşı məcburi göstəriş veririk. Onların vəzifəli şəxslərinə qarşı cərimə tətbiq edirik.

Nəzərə almaq lazımdır ki, vətəndaşlar bu öhdəliklərə görə bələdiyyələrə ödəniş edirlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər