Çinin "Sinovac" şirkətinin hazırladığı COVID-19 vaksinin istifadəsindən sonra aparılan tədqiqatlarda yüksək nəticələr əldə olunub.
Teleqraf.com xəbər verir ki, Braziliyanın Butantan İnstitutunun mütəxəsislərinin araşdırmalarına görə, peyvəndin orta ağır və ağır xəstələrdə 78 faiz, xəstəliyi yüngül keçirən şəxslərdə isə 50 faiz effektli olduğu aşkarlanıb.
Virus mutasiya keçirdikcə vaksinin təsirli olub-olmadığı da suallar yaradırdı.
Aparılan tədqiqatlar İngiltərə və Cənubi Afrikada mutasiyaya uğramış virus üzərində effektli olduğunu sübut edib.