3 Mart 2021 11:45
242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

Teleqraf.com-un məlumatına görə, növbəti iclasın martın 4-də keçiriləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək komissiyanın 5 iclası keçirilib və daxil olan müraciətlərin 550-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.


Müəllif: Teleqraf.com