3 Mart 2021 14:11
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkələrdə nazirliyin rəsmi “Facebook” səhifəsinin adından vətəndaşa kobud rəy yazılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan foto həqiqəti əks etdirmir.

Qeyd olunub ki, bu fotoda yazılan həmin rəy montajdır, səhifədə bu cür rəy yazılmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin rəsmi “facebook” səhifəsində foto paylaşılıb.

Həmin fotonun şərh bölməsində vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” sözləri yazılmış foto sosial şəbəkələrdə müzakirəyə səbəb olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər