27 Oktyabr 2014 15:24
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) yeni komitə yaradılıb.

Bu barədə Teleqraf.com-a ASA-dan məlumat verilib. Belə ki, yeni komitə həyat sığortası üzrə fəaliyyət göstərəcək. Komitədə ölkədə fəaliyyət göstərən 3 həyat sığortası şirkətlərinin hər birindən 2 nümayəndə iştirak edir. Komitəyə “Paşa Həyat” sığorta şirkətinin sədr müavini Niyaz İsmayılov rəhbərlik edəcək.

Komitənin ilk görüşü bu həftə ərzində keçiriləcək. Görüşdə həyat sığortası bazarının vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək.

Xatırladaq ki, hazırda Azərbaycanda 3 həyat sığortası şirkəti fəaliyyət göstərir. Bunlar "PAŞA Həyat", "Atəşgah Həyat" və "Qala Həyat" sığorta şirkətləridir.

Naibə


Müəllif:

Oxşar xəbərlər