12 Mart 2021 20:22
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Binəqədi rayonu, Gülməmməd Ramazanov 342 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 6 sərv ağacının kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Binəqədi rayon Polis Şöbəsinə göndərilib.

Kəsilmiş hər ağacın əvəzinə iki ağacın əkilməsi təmin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər