17 Mart 2021 16:00
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram ərəfəsində özümüzü daha çox qorumalı, diqqətli, məsuliyyətli olmalıyıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri baş infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bayram günləri təmasların azaldılması vacibdir: "Karantin rejimi təmasları azaldır. Əgər biz məhdudiyyətlərin olmasını istəmiriksə, qaydalara özümüz riayət etməliyik.

Bu gün insanlar üzərinə düşən yük sadə olsa da, həlledicidir. Qaydalara riayət edib, vaksinasiya prosesində aktiv iştirak etməliyik. Karantin tədbirləri yoluxma hallarının azaldığını göstərir. Elə həyat yaşayaq ki, məhdudiyyətlər tətbiq edilməsin. Ümid edirəm ki, növbəti il bu problemi həll etmiş olacağıq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər