"İşğaldan azad edilmiş ərazilərimizdə sahibkarlıq fəaliyyətinin və reallaşdırılacaq layihələrin dəstəklənməsi məqsədilə İqtisadiyyat Nazirliyinə 470-ə yaxın müraciət daxil olub".
Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbukdakı hesabında bildirib.
Onun sözlərinə görə, layihələrin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir.