19 Mart 2021 16:16
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada COVID-19-un 3 növü yayılmaqdadır. İnfeksion virusların mutasiyası daim baş verməkdədir.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, qripə qarşı hər il peyvənd hazırlanır: "Bu, virusun mutasiya keçirməsi ilə əlaqədardır. Bizi maraqlandıran isə mutasiyanın xəstəliyin inkişafına və yoluxma sürətinə təsir etməsidir. Britaniya ştammı isə daha sürətlə yoluxucudur. Bu ştamm aşkarlanan ölkələrdə bəzi qabaqlayıcı tədbirlər tətbiq olunur. Virusun digər mutasiya növləri də araşdırılmaqdadır. Daha çox yoluxma sürətinə malik mutasiyalar gözlənilir".

Yaqut Qarayeva deyib ki, bu gün Azərbaycanda seqmenləşmə analizinin aparılma imkanı var: "Bir il əvvəl bu haqda danışa bilməzdik. Avropa Birliyində açıq portal var ki, orada aparılan test nəticələri, mutasiya növləri qeyd olunmaqdadır. ÜST bizə Britaniya ştammı üçün ənənəvi tədbirlərə riayət etməyi tövsiyə edir".

Yaqut Qarayeva qeyd edib ki, hazırkı vaksinlər virusun mutasiya növlərinət təsir edir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər