28 Oktyabr 2014 18:00
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elektron hökumət” portalının təqdim etdiyi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti sayəsində artıq “AccessBank” da kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb.


Teleqraf.com xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, “Elektron hökumət” portalının operatoru – MHM və “AccessBank” arasında müqavilə imzalanıb və müqavilə şərtlərinə əsasən bankın mərkəzi ofisində və filiallarında xidmətin tətbiqinə başlanılır.

“Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti tələb olunan arayışların elektron şəkildə əldə edilməsi mərhələsini sadələşdirmək məqsədi ilə yaradılıb.

Xidmətdən istifadə etmək üçün vətəndaş “Elektron hökumət” portalında autentifikasiyadan keçməlidir. Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilər.

Qeyd edək ki, iyunun 17-də istifadəçilərə təqdim olunan bu xidmətə ilk olaraq “Bank of Baku”, sonra isə “Unibank” qoşulub. Gələcəkdə digər bankların da elektron arayışın verilməsi xidmətinə qoşulması gözlənilir.


İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər