Biləsuvar rayonunda karantin rejim qaydalarını pozaraq yas mərasimi təşkil edən şəxs cərimələnib.
Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Amankənd kəndində M.Kərimovun yas mərasimi təşkil etdiyi müəyyən edilib.
Həmin ünvana gələn polis əməkdaşları tərəfindən karantin rejiminin qaydaları və tələbləri orada olan şəxslərin diqqətinə çatdırılıb.
M.Kərimov barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 200 manat məbləğində cərimələnib.